Futbolda penalti vurulması qaydasında ciddi dəyişiklik təklif edilir
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyun qaydalarında dəyişiklik edə bilər.
Apasport.az xəbər verir ki, qurum üç yeni qayda dəyişikliyi gündəmə gətirib.
Bunlardan ikisi VAR sistemi ilə bağlı olsa da, ən diqqətçəkəni penalti qaydasında nəzərdə tutulan yenilikdir.
Yeni təklifə əsasən, penalti zərbəsi dirəkdən qayıdarsa və ya qapıçı tərəfindən qaytarılarsa, oyun davam etməyəcək. Yəni nə penalti zərbəsini yerinə yetirən futbolçu, nə də onun komanda yoldaşları epizodu davam etdirə biləcəklər. Zərbə boşa çıxarsa, oyun dayandırılacaq və rəqib komandaya qapından zərbə təyin olunacaq.
Digər iki təklif isə VAR-ın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur. Belə ki, hakim səhvən künc zərbəsi təyin edərsə, VAR müdaxilə edərək qərarı ləğv edə biləcək. Həmçinin, futbolçuya göstərilən ikinci sarı vərəqə də VAR vasitəsilə ləğv oluna biləcək.
Təkliflər əvvəlcə noyabr ayında keçiriləcək IFAB iclasında rəsmi şəkildə təqdim olunacaq, daha sonra isə 2026-cı ilin martında baş tutacaq ümumi yığıncaqda səsverməyə çıxarılacaq.
Qeyd edək ki, qaydalar təsdiqlənəcəyi halda, 2026-cı il iyunun 1-dən qüvvəyə minəcək və ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi dünya çempionatında tətbiq olunacaq.
Oxşar xəbərlər
Futbolda yenilik: Qapıçı oyunda topu əlində 8 saniyədən artıq saxlasa, rəqib komandaya küncdən zərbə veriləcək
Azərbaycan çempionatında mövsümün ilk yarısında ən çox penalti yerinə yetirən komanda müəyyənləşib - ARAŞDIRMA
Harri Keyn Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçudur
UEFA: Son Avropa Çempionatında Almaniya millisinin penaltisi verilməyib
AFFA Hakimlər Komitəsinin sədri Azərbaycan Kubokunun yarımfinalında yaşanan mübahisəli epizodları şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













