"Roma"da ciddi kadr islahatları aparılacaq
sizinxeber.az xəbər saytı

"Roma"da ciddi kadr islahatları aparılacaq


İtaliyanın "Roma" klubunda ciddi kadr islahatları aparılacaq.

"Sizinxeber.az"un "Corriere dello Sport"a istinadən məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi növbəti mövsüm komandaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, heyəti yenidən formalaşdırmaq niyyətindədir.

Klubun yayda yollarını ayıracağı 7 futbolçudan ibarət siyahı artıq müəyyənləşib. Bunlar Artyom Dovbik, Stefan Əl-Şaravi, Brayan Saraqosa, Lorentso Venturino, Evan Ferqyuson, Kostas Simikas və Zeki Çelikdir.

Paulo Dibala, Devayn Renş, Anhelinyo və Lorentso Pelleqrininin gələcək taleyi isə hələlik sual altındadır. Maliyyə qaydalarına əməl etmək üçün klub böyük tələbat olan Kuadio Kone və Evan Ndikanı da sata bilər.

Qeyd edək ki, "Roma" İtaliya A Seriyasının turnir cədvəlində 57 xalla 6-cı yerdə qərarlaşıb.

Oxşar xəbərlər

"Roma" "İnter"in təklifini rədd edib
"Roma"nın baş direktoru istefa verib
Paulo Dibala "Qalatasaray"ın təklifini qəbul etməyib
“Atalanta” “Roma”nın 19 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub
Zeki Çelik "Roma"dan azad agent kimi ayrıla bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər