Manuel Noyer Çempionlar Liqasında Lionel Messinin rekordunu təkrarlayıb
sizinxeber.az xəbər saytı

Manuel Noyer Çempionlar Liqasında Lionel Messinin rekordunu təkrarlayıb


Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer Lionel Messinin UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.

"Sizinxeber.az"un "Opta"ya istinadən məlumatına görə, 40 yaşlı qolkiper buna İspaniyada "Real"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda nail olub.

Noyer Münhen təmsilçisinin heyətində bu turnirdə 136-cı dəfə start heyətində meydana çıxıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk "üçlük"dədir.

Daha əvvəl Messi (136 oyun) "Barselona" forması ilə buna nail olub. Mütləq rekord "Real"ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur - 149 oyun.

Xatırladaq ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Manuel Noyer cari mövsüm bütün turnirlərdə 31 qarşılaşmada meydanda olub.

Oxşar xəbərlər

Manuel Noyer "Bavariya" ilə yeni müqavilə imzalayacaq
"Bavariya"nın qapıçısı topla məşqləri bərpa edib
Manuel Noyer yenidən Almaniya millisinə qayıda bilər
Manuel Noyer Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
"Bavariya"nın qapıçısı zədəsini sağaldıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər