Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar karyerasını başa vurub
sizinxeber.az xəbər saytı

Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar karyerasını başa vurub


Braziliya millisinin sabiq futbolçusu Oskar karyerasını başa vurub.

"Sizinxeber.az"un məlumatına görə, yarımmüdafiəçi ürəyindəki problem səbəbindən peşəkar idmanla vidalaşdığını sosial şəbəkələr vasitəsilə açıqlayıb.

Onun formasını geyindiyi "San Paulu" klubu mövsümöncəsi testlər zamanı 34 yaşlı oyunçunun kardioloji problemlərinin aşkarlandığını, xəstəxanaya yerləşdirilərək əməliyyat olunduğunu bildirib. Bu səbəbdən tərəflər arasında 2027-ci ilin sonuna qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Oskar açıqlamasında futbolu davam etdirmək üçün hələ gənc olduğunu, lakin səhhətinin buna imkan vermədiyini bildirib. O, karyerasını bitirdiyini və bundan sonra "San Paulu"nu bir azarkeş kimi dəstəkləyəcəyini qeyd edərək, tərəfdarlara təşəkkür edib.

Qeyd edək ki, karyerası ərzində "İnternasional", "Çelsi" və "Şanxay Port" klublarında çıxış edən Oskar İngiltərə təmsilçisi ilə iki dəfə Premyer Liqa çempionu olub. Braziliya millisinin formasını 48 dəfə geyinən təcrübəli oyunçu 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi adını qazanıb.

Oxşar xəbərlər

Braziliya millisinin və "Qalatasaray"ın 41 yaşlı sabiq futbolçu karyerasını başa vurub
Braziliya millisinin və "Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurub
"Mançester Yunayted"də çıxış etmiş Portuqaliya millisinin sabiq futbolçusu karyerasını başa vurub
Braziliya millisinin sabiq futbolçusu 43 yaşında karyerasını bərpa edib
"Real"ın sabiq futbolçusu karyerasını başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər