Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"
sizinxeber.az xəbər saytı

Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"


Azərbaycanın futzal millisi istənilən rəqibə qarşı oyunda qələbə qazana bilər.

Bunu "Sizinxeber.az"a açıqlamasında yığmanın üzvü Tofiq Mikayılov deyib.

Təcrübəli futzalçı hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib:

"Hazırlıq taktiki məşqlər üzərində qurulub. Heyətdə bir neçə təcrübəli oyunçu qalsa da, əksəriyyət gənclərdir. Komandanın formalaşması, oyunlara yaxşı hazırlıq üçün belə toplanışların tez-tez keçirilməsi vacibdir. Danimarka ilə son oyunlar göstərdi ki, istəsək və sona qədər mübarizə aparsaq, istənilən rəqibə qarşı oyunda qələbə qazana bilərik".

O, yoxlama matçlarında üz-üzə gələcəkləri Gürcüstan və Qazaxıstan yığmaları ilə oyunlara da toxunub:

"Rəqiblərdən Gürcüstan millisi ilə son vaxtlarda, Vitali Borisovun baş məşqçiliyi dönəmində qarşılaşmışdıq. Düzdür, bunlar yoldaşlıq görüşləridir, lakin bizim üçün nəticə önəmlidir. Uzun müddət qələbə qazana bilməmişdik, ona görə də hər matça qalib gəlmək və komandada ruh yüksəkliyini artırmaq üçün çıxırıq. Oyunlar ardıcıl olduğu üçün bir az ağır keçə bilər, amma heyətimiz genişdir və məşqçi hamıya şans verəcək".

Heyətdəki itkilər barədə danışan Mikayılov qapıçı Emin Kürdovun durumuna aydınlıq gətirib:

"Yalnız qapıçımız Emin Kürdovun qolunda zədəsi var idi, o, apreldə komandaya qoşulacaq. Digər futzalçıların əhval-ruhiyyəsi yaxşıdır və hamı məşqlərdə can-başla iştirak edir".

Oxşar xəbərlər

Azərbaycanın futzal millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
Samir Abasov: "Böyük hesabla da qələbə qazana bilərdik"
Azərbaycanın futzal millisinin baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib
Azərbaycanlı voleybolçu: Avropa çempionatının təsnifat mərhələsinə hazırlıqlar yaxşı keçir
Azərbaycan futzal millisi iki yoldaşlıq oyunu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər