Meksika klubu Gilyermo Abaskalı istefaya göndərib
sizinxeber.az xəbər saytı

Meksika klubu Gilyermo Abaskalı istefaya göndərib


Meksikanın "Atletiko San-Luis" klubu baş məşqçisi Gilyermo Abaskalı istefaya göndərib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı ispaniyalı mütəxəssis 2025-ci ilin yayından bu vəzifəni tuturdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 32 matçda 10 qələbə qazanıb, 19 məğlubiyyət alıb və 3 dəfə heç-heçə edib.

Qeyd edək ki, Abaskal daha əvvəl "Sevilya", "Qranada" (hər ikisi İspaniya), "Bazel" (İsveçrə), "Spartak" (Moskva, Rusiya) klublarında da çalışıb.

Oxşar xəbərlər

"Sevilya" baş məşqçisini istefaya göndərib
"Sevilya" Matias Almeydanı istefaya göndərəcək
Fabio Kannavaro istefaya göndərilib
“Beşiktaş” klubu baş məşqçisini 41 gündən sonra istefaya göndərib
İngiltərə klubu baş məşqçisini istefaya göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər