"Bakı Kuboku" turnirinin mükafatçıları müəyyənləşib
"Neftçi" və Rusiyanın "Dinamo" (Moskva) klubunun birgə təşkilatçılığı ilə Azərbaycan futbolunun əfsanəsi, unudulmaz "9 nömrə" Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş "Bakı Kuboku" beynəlxalq turniri başa çatıb.
"Report" xəbər verir ki, 2015-ci il təvəllüdlü futbolçular arasında "Palms Sports" Futbol Mərkəzində keçirilən turnirin sonuncu günündə 4 oyun baş tutub.
7-ci yer uğrunda matçda "Neftçi" "Göztəpə"yə (Türkiyə) 4:1 hesabı ilə qalib gəlib. 5-ci yer uğrunda görüşdə isə "Beşiktaş" (Türkiyə) "Ulduz"u eyni hesabla məğlub edib.
"Qarabağ"ı 3:1 hesabı ilə üstələyən Voronej "Dinamo"su (Rusiya) 3-cü, "Kayrat"ı (Qazaxıstan) 1:0 hesabı ilə məğlub edən "Dinamo" (Moskva) 1-ci yeri tutub.
Final matçından sonra turnirdə iştirak edən ölkələrin dövlət himnləri səsləndirilib. Ardından "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer, "Dinamo" (Moskva) Futbol Akademiyasının direktoru Aleksandr Kuznetsov və digər rəsmi şəxslər çıxış ediblər. Daha sonra əfsanəvi futbolçu Anatoli Banişevskinin həyat yoldaşı İnna Banişevskaya və digər qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Mükafatlandırma mərasimində "Qələbə əzminə görə" mükafatı "Neftçi"nin futbolçusu Salman Səlimova, "Ən yaxşı futbolçu" mükafatı isə Voronej "Dinamo"sunun üzvü Maksim Krutskixə verilib.
"Ən yaxşı qapıçı" mükafatı Ponteley Moriniçev ("Dinamo", Moskva), "Ən yaxşı müdafiəçi" Aleksandr Volodin ("Dinamo", Moskva), "Ən yaxşı yarımmüdafiəçi" Aleksandr Aksyonov ("Dinamo", Voronej), "Ən yaxşı hücumçu" Radmir Ştanko ("Kayrat", Almatı), "Ən yaxşı futbolçu" isə Abılay Temirbulatova ("Kayrat", Almatı) təqdim edilib.
Voronej "Dinamo"suna bürünc, Almatı "Kayrat"ına gümüş, Moskva "Dinamo"suna isə kubok və qızıl medallar təqdim edilib.
Oxşar xəbərlər
Anatoli Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri başlayıb
Anatoli Banişevskinin xatirəsinə həsr olunan "Bakı Kuboku" beynəlxalq turniri keçiriləcək
İslam Kərimov: "Banişevskinin xatirə turnirinin məqsədi uşaq futbolunun inkişafını artırmaqdır"
Anatoli Banişevskinin ailə üzvləri "Neftçi"nin qonağı olub
"Neftçi"nin futbolçusu: "Dinamo" "Qarabağ"a daha çox qol vura bilərdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
