"Neftçi"nin futbolçusu: "Dinamo" "Qarabağ"a daha çox qol vura bilərdi
Bakıdakı cavab oyunu çox maraqlı ola bilərdi. 3:0 hesabı böyük üstünlükdür. "Dinamo" 4-cü və ya 5-ci qolu da vura bilərdi.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Filip Ozobiç "Sportske.jutarnji.hr" nəşrinə müsahibəsində "Qarabağ"ın Bakıda "Dinamo"ya qarşı keçirəcəyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl deyib.
2018-2023-cü illərdə Ağdam klubunun formasını geyinmiş yarımmüdafiəçi Azərbaycan təmsilçisinin Zaqrebdəki ilk matçda çoxlu şanslarının olduğunu bildirib:
"Ancaq fərqlənə bilmədilər. Ən azı bir saat keyfiyyətli oyun nümayiş etdirdilər. Cinahlardan hücum edirdilər, arxa xətdə isə çoxlu boşluq var idi. "Qarabağ" cavab qarşılaşmasında erkən qol vurmaq istəyəcək. "Dinamo" Bakıdakı matçın asan olmayacağını başa düşməlidir. Hesabı saxlayacaq kollektiv deyil. Keyfiyyətli futbolçuları var və həmişə hücum barədə düşünürlər. Komandanın bu görüşdə oyun üslubunu dəyişəcəyini düşünmürəm".
Qeyd edək ki, avqustun 28-də təşkil olunacaq "Qarabağ" - "Dinamo" qarşılaşması saat 20:45-də start götürəcək. Xorvatiyadakı ilk dueldə meydan sahibləri üç cavabsız qolla qalib gəliblər.
Oxşar xəbərlər
"Dinamo"nun iki futbolçusu "Qarabağ"la cavab oyununu buraxa bilər
"Dinamo"nun futbolçusu: Bəlkə də "Qarabağ"la ilk oyunda qeydə alınan nəticə real deyil
“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu: “Oyun heç-heçə başa çata bilərdi”
"Qarabağ"ın iki aparıcı futbolçusu "Dinamo" ilə matçları buraxacaq
Çempionlar Liqası: "Qarabağ" - "Dinamo" oyununa 24700 bilet satılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













