AFFA-nın baş katibi Regional Futbol Federasiyalarının rəhbərləri ilə görüş keçirib
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Regional Futbol Federasiyalarının (RFF) rəhbərləri ilə geniştərkibli görüş keçirib.
"Sizinxeber.az" AFFA-ya istinadən xəbər verir ki, görüşdə RFF prezidenti İsgəndər Cavadov, eləcə də quruma üzv olan digər regional federasiyaların nümayəndələri iştirak ediblər.
Toplantı zamanı ölkə futbolunun regionlarda mövcud problemləri və onların aradan qaldırılması yolları müzakirə edilib. Xüsusilə futbol infrastrukturunun təkmilləşdirilməsi, uşaq və yeniyetmə futbolunun sistemli şəkildə inkişafı, eləcə də yerli məşqçi kadrlarının hazırlanması əsas prioritet istiqamətlər kimi önə çəkilib.
Bununla yanaşı, federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni təşəbbüslərin təşviqi və regionlara göstərilən dəstəyin genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılıb. Bu istiqamətdə atılacaq məqsədyönlü addımların ölkə futbolunun inkişafına və regionlarda daha geniş yayılmasına töhfə verəcəyi vurğulanıb.
Oxşar xəbərlər
AFFA-nın baş katibi: "Azərbaycan futbolunun hazırkı durumu ürəkaçan deyil"
AFFA-nın prezidenti UEFA-nın toplantısına qatılıb
AFFA ilə Pakistanın Futbol Federasiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
AFFA-nın baş katibi Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
SOCAR tərəfindən AFFA-ya 2024-cü il üçün ayrılan vəsaitin məbləği bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
