FIFA referisi Əliyar Ağayev "Kristal Pelas" klubunun oyununa təyinat alıb
sizinxeber.az xəbər saytı

FIFA referisi Əliyar Ağayev "Kristal Pelas" klubunun oyununa təyinat alıb


FIFA referisi Əliyar Ağayev İngiltərə klubunun iştirakı ilə keçiriləcək qarşılaşmaya təyinat alıb.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/8 final mərhələsinnin AEK (Larnaka, Kipr) – "Kristal Pelas" (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalovla Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma martın 19-da Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək. İngiltərədəki ilk görüşdə hesab açılmayıb.

Oxşar xəbərlər

Azərbaycanlı FIFA referisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb
FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb
Azərbaycanın FIFA referisi Avropa Liqasının oyununa təyinat alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər