Musa Qurbanlı Premyer Liqada 100-cü oyununu keçirib
sizinxeber.az xəbər saytı

Musa Qurbanlı Premyer Liqada 100-cü oyununu keçirib


Musa Qurbanlı Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun yubileyi Misli Premyer Liqasının XXIV turuna təsadüf edib.

O, "Zirə" ilə səfər görüşünün (3:1) 85-ci dəqiqəsində meydana daxil olub.

Qurbanlı Premyer Liqada 2020/2021 mövsümündə debüt edib. Yalnız 2 klubda çıxış edən forvard bu matçlarda 42 qola imza atıb. O, "Qarabağ"da 91 (41 qol), "Zirə"də 9 (1 qol) oyun keçirib.

Qeyd edək ki, Musa Qurbanlı turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub.

Oxşar xəbərlər

"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Sumqayıt"ın futbolçusu ölkə çempionatlarında 250-ci oyununu keçirib
“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
"Qarabağ"ın yarımmüdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər