“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
sizinxeber.az xəbər saytı

“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib


“Zirə”nin futbolçusu Məqsəd İsayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi XXXI turun “Sumqayıt”la ev görüşünə (3:1) təsadüf edib.

Məqsəd Premyer Liqada keçirdiyi 250 oyunda 6 qola imza atıb. O, ölkə çempionatları tarixində 250 və daha çox oyun keçirən 76-cı futbolçudur. O, “Neftçi”də 75, “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20, “Qəbələ”də 61 (3 qol), “Zirə”də 49 (1 qol) matça çıxıb.

Qeyd edək ki, Məqsəd Premyer Liqada 2013-cü il noyabrın 30-da keçirilən “Sumqayıt” – “Neftçi” görüşündə (1:2) debüt edib.

Oxşar xəbərlər

"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Zirə"nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib
"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
"Qarabağ"ın yarımmüdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər