"Sumqayıt"ın futbolçusu ölkə çempionatlarında 250-ci oyununu keçirib
"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin kapitanının yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.
O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.
V.Mustafayev Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.
Qeyd edək ki, onun debütü 2013/2014 mövsümündə gerçəkləşib. V.Mustafayev 2013-cü il noyabrın 22-də baş tutan “Bakı” – “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.
Oxşar xəbərlər
“Zirə”nin futbolçusu Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib
"Zirə"nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Turan Tovuz"un futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
