"Qarabağ"ın yarımmüdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın yarımmüdafiəçisi Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib


"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun yubiley matçı Misli Premyer Liqasının XXIX turuna təsadüf edib.

25 yaşlı kabo-verdeli oyunçu “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/2022 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

"Zirə"nin futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Sabah"ın futbolçusu Premyer Liqada 100-cü oyununa çıxıb
"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Turan Tovuz" Premyer Liqada 100-cü oyununu keçirib
Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər