İngiltərə millisinin üzvü "Arsenal"a keçir
sizinxeber.az xəbər saytı

İngiltərə millisinin üzvü "Arsenal"a keçir


İngiltərənin "Kristal Pelas" klubunun futbolçusu Ebereçi Eze "Arsenal"a keçəcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq bütün tərəflər arasında şifahi razılıq əldə olunub. "Topçular"dan əlavə, "Tottenhem" də 27 yaşlı yarımmüdafiəçi üçün danışıqlar aparıb.

"Arsenal" İngiltərə millisinin üzvünün keçidi üçün təxminən 60 milyon funt sterlinq ödəyəcək.

Qeyd edək kİ, Ebereçi Eze 2020-ci ildən "Kristal Pelas"da çıxış edir. O, 2024/2025 mövsümündə bütün turnirlərdə 43 matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Arsenal" İngiltərə klubunun futbolçusunu 80 milyon avroya almaq istəyir
"Arsenal" klubunun futbolçusu zədələnərək sıradan çıxıb
"Liverpul" İngiltərə millisinin üzvü üçün klubuna son təklifi edib
"Arsenal"ın hücumçusu İngiltərənin başqa klubuna keçir
"Arsenal"ın futbolçusu əməliyyat olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər