Şəhriyar Məmmədyarov: "Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq"
Şahmat üzrə Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatında yaxşı çıxış etməyə çalışacaq.
Bu barədə "Sizinxeber.az"a yığmanın aparıcı üzvü Şəhriyar Məmmədyarov açıqlama verib.
O, oktyabrın 5-də start götürəcək yarışla bağlı təəssüratlarını bölüşüb:
"İllər keçdikcə şahmat bir az çətinləşir və artıq yaşa çox bağlı olub. Bəlli vaxtdan sonra gənclərlə mübarizə aparmaq da ağırdır. Milli komandamız uzun illərdən sonra Avropa çempionatına reytinq favoriti kimi yollanmayacaq. Bu, bizim üçün bir az daha rahatdır. Çünki həmişə üzərimizə böyük yük düşürdü və hər kəs bizdən ancaq çempionluq gözləyirdi".
Ş.Məmmədyarov yığmanın heyətinin həm gənclərdən, həm də təcrübəli qrossmeysterlərdən təşkil olunduğunu söyləyib:
"24 ildən çoxdur yığmadayam. Yaxşı çıxış edəcəyimizə ümid edirəm. Azərbaycan üç dəfə Avropa çempionu olub. Bu böyük nəticədir. Yaxşı çıxış etməyə çalışacağıq. Hər şahmatçı bunun üçün əlindən gələni edəcək".
Qeyd edək ki, Avropa çempionatı oktyabrın 15-dək davam edəcək.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov: "Finalda Teymur Rəcəbovla qarşılaşmaya bilərik"
Azərbaycan millisinin üzvü: "Avropa çempionatına vəsiqə qazanmağa çalışacağıq"
Azərbaycan yığmasının baş məşqçisi: "Avropa çempionatının II seçmə mərhələsində yaxşı çıxış etməyə çalışacağıq"
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
