Sizinxeber.az » İdman » Fərdi » Şəhriyar Məmmədyarov: "Finalda Teymur Rəcəbovla qarşılaşmaya bilərik"

Şəhriyar Məmmədyarov: "Finalda Teymur Rəcəbovla qarşılaşmaya bilərik"

İnsanlar Teymur Rəcəbovun finalda mənimlə qarşılaşmasını istəyirlər. Amma həlledici görüşün bizim aramızda olmamaq ehtimalı da var.

"Report" xəbər verir ki, bu fikirləri Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlamasında ölkə çempionatı ilə bağlı danışarkən deyib.

O, olimpiya sistemində çox böyük uğurlar qazana bilmədiyini söyləyib:

"Oyun sayı az olduğundan Şəhriyar Məmmədyarov özü ola bilmir. Bu sistem ən önəmli anlarda psixoloji olaraq mənə mane olur. İnsanlar Teymur Rəcəbovun finalda Şəhriyar Məmmədyarovla qarşılaşmasını istəyir. Burada gənc şahmatçılar da çıxış edirlər. Çox yaxşı formadadırlar. Bu finalın olmamaq ehtimalı da var. Teymurla illərlə oynayırıq, daha gənc rəqiblərlə görüşü daha maraqla gözləyirəm".

Məmmədyarov 1/8 finalda Fərid Abbasova qalib gəlməsi barədə danışıb:

"Səhv etmirəmsə, sonuncu dəfə 23 il əvvəl Azərbaycan birinciliyində iştirak etmişəm. Mənim 12-13 yaşım olanda Fərid müəllim 18 yaşlılar arasında Avropa çempionatında medal qazanırdı. Çox yaxşı şahmatçı idi. Dünyada aparıcı şahmatçıların çıxış etdiyi ölkə çempionatları azdır. Builki Azərbaycan çempionatı tam fərqlidir. Sürprizlə dolu turnirdir. Burada şahmatçılarla yaxşı dostluğum var. Hansı rəqib gəlsə, onunla mübarizə aparacağam".

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !