"Qalatasaray" "Mançester Siti"nin müdafiəçisini heyətinə qatmaq istəyir
sizinxeber.az xəbər saytı

"Qalatasaray" "Mançester Siti"nin müdafiəçisini heyətinə qatmaq istəyir


"Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanci İstanbulun "Qalatasaray" futbol klubuna keçə bilər.

"Report"un məlumatına görə, bu barədə insayder Fabrisio Romano “X” sosial şəbəkəsindəki səhifəsində xəbər verib.

Mənbənin sözlərinə görə, Türkiyə klubu artıq “şəhərlilər” və futbolçunun agenti ilə əlaqə saxlayır. Futbolçunun özü hələ qərar verməyib.

Akanci İsveçrə futbolunun yetirməsidir. Böyüklər səviyyəsində o, həmçinin "Vintertur", "Bazel" və Dortmund "Borussiya"sında oynayıb və 2017-ci ildən İsveçrə millisində çıxış edir. “Transfermarkt” saytının məlumatına görə, Manuelin hazırkı bazar dəyəri 28 milyon avrodur. Müdafiəçinin klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Xatırladaq ki, İstanbul klubunun mətbuat xidməti avqustun 1-də Türkiyə futbolu üçün fantastik 75 milyon avroya “Napoli”dən nigeriyalı Viktor Osimhenin transferini açıqlayıb. Əvvəlki transfer rekordu 19,5 milyon avroya İspaniyanın "Sevilya" klubundan Mərakeş millisinin hücumçusu Yusuf En-Nesirini satın alan "Fənərbaxça"ya məxsus olub.

Oxşar xəbərlər

"Qalatasaray" Osimheni Türkiyə futbolu üçün fantastik 75 milyon avroya alıb
"Mançester Siti" futbolçusunu 40 milyon avroya satmağa razıdır
"Mançester Siti" 18 yaşlı futbolçunun keçidi üçün klubu ilə anlaşıb
İnsayder Romano Ronaldunun PSJ-yə keçidi barədə məlumatı şərh edib
"Qalatasaray" "Mançester Siti"nin qapıçısı üçün rəsmi təklif göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər