İnsayder Romano Ronaldunun PSJ-yə keçidi barədə məlumatı şərh edib
İnsayder (xidməti mövqeyinə görə gizli məlumatlara çıxışı olan şəxs - red) Fabrisio Romano Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol komandasınınin hücumçusu Kriştianu Ronaldonun Fransanın PSJ klubuna keçəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə o “X”dəki səhifəsində yazıb.
"Xəbərlərə baxmayaraq, Kristianu Ronaldu PSJ ilə müqavilə imzalamaq üçün danışıqlar aparmır", - Romano sosial şəbəkədəki hesabında yazıb.
Ronaldu cari mövsüm 19 matçda iştirak edib, 16 qol vurub, üç məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
“Transfermarkt” portalının məlumatına görə, Ronaldunun bazar dəyəri 12 milyon avrodur.
Oxşar xəbərlər
Kriştianu Ronaldu klubu ilə danışıq aparır
Ronaldo gələcəyinə aydınlıq gətirib
Kriştianu Ronaldu karyerasını nə vaxt başa vuracağını açıqlayıb
Kriştianu Ronaldunun transfer qiyməti aşağı enib
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













