Sizinxeber.az » İdman » Futbol » "Qalatasaray" Osimheni Türkiyə futbolu üçün fantastik 75 milyon avroya alıb

"Qalatasaray" Osimheni Türkiyə futbolu üçün fantastik 75 milyon avroya alıb

İstanbulun "Qalatasaray" klubu İtaliyanın "Napoli" klubunun nigeriyalı futbolçusu Viktor Osimhenin transferini başa çatdırıb.

"Sizinxeber.az"un xəbərinə görə, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

"Qalatasaray" Osimhen üçün 75 milyon avro ödəyib və bu, Türkiyə çempionatının yeni rekordu olub. Əvvəlki rekord 2024-cü ilin yayında İstanbulun “Fənərbaxça” komandasının 19,5 milyon avroya İspaniyanın “Sevilya” klubundan Mərakeş millisinin hücumçusu Yusif Ən-Nəsirini alması ilə müəyyən edilmişdi.

Osimhenin 26 yaşı var, o, ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. Forvard klubda müxtəlif turnirlərdə 41 oyun keçirib, 37 qol vurub və 8 məhsuldar ötürmə edib. 26 qolla futbolçu Türkiyə çempionatının bombardiri olub.

Ötən ay bildirilmişdi ki, "Qalatasaray" Osimhenlə razılığa gəlib. Nigeriyalı hücumçu hər mövsüm üçün 18 milyon avro qazanacaq. Sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !