"Ferentsvaroş"un baş məşqçisi: "Qarabağ"la oyunlar bizim üçün məyusedici ola bilər"
"Qarabağ"la Çempionlar Liqasının pley-off mərhələsi oyunları "Ferentsvaroş" üçün məyusedici ola bilər.
"Report" xəbər verir ki, bunu Macarıstan komandasının baş məşqçisi Robbi Kin "M4 Sport"a açıqlamasında deyib.
O, Bolqarıstan təmsilçisi "Ludoqorets"ə evdə 3 cavabsız qolla qalib gəldikləri III təsnifat mərhələsinin cavab matçından sonra fikirlərini bölüşüb:
"Bu anlardan həzz almalısan. Çünki növbəti matç bizim üçün məyusedici ola bilər. Məncə, komanda bu sevincə layiqdir. Xüsusən də ikinci hissədəki oyuna görə. Lakin azarkeşləri də qeyd etməliyəm. Onların bizə enerji verdiyini hiss etdik".
45 yaşlı mütəxəssis Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanmaları ehtimalı barədə də danışıb:
"Sadəcə, növbəti görüşə fokuslanmışam. Amma oyunçulara dedim ki, bu himni dəfələrlə dinləmək istəyirsinizsə, masaya nə qoymalı olduğunuzu bilməlisiniz. Bu səviyyədə təhlükənin nə olduğunu hər kəs çox yaxşı bilir. Mən Çempionlar Liqasında oynamışam. Bunun nə olduğunu bilirəm. Futbolçularımın da bunu hiss etmələrini istəyirəm".
Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək.


width="220" alt="Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür" />
width="220" alt="UEFA Çempionlar Liqası: "Qarabağ" "Şkendiya" ilə cavab oyununa çıxacaq" />
width="220" alt="Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri bəlli olub" />
width="220" alt="Çempionlar Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşib" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />