"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" bir daha güclü rəqib olduğunu sübut etdi"
"Qarabağ" güclü rəqib olduğunu sübut edib.
"Report" xəbər verir ki, bunu "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Ceton Bekciri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
O, böyükhesablı məğlubiyyəti şərh edib:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Onlar bizdən çox yaxşı oynadılar. Xüsusi ilə ilk hissədə çox pis təsir bağışladıq. Başlıca problemlərimizdən biri erkən qollar buraxmağımız oldu. Çempionlar Liqasında rəqiblər hər zaman güclü təsir bağışlayırlar. Sabahdan bu məğlubiyyəti təhlil edəcəyik. Artıq Avropa Liqasının pley-off mərhələsi barədə düşünəcəyik.
Təbii ki, bu cür məğlubiyyət gözləmirdik. İstəyirdik ki, yaxşı nəticə qazanaq. Lakin belə məğlubiyyətlər komandaya və futbolçulara təcrübə qazandırır. Bu məğlubiyyətdən dərs çıxarmağa çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ"a utanılacaq hesabla məğlub olmamışıq"
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" güclü rəqibdir"
Qurban Qurbanov: "Qarabağ"ın böyük hesabla qələbə qazanmasını istəyirdim"
"Şkendiya"nın baş məşqçisi: "Bizi "Qarabağ"a qarşı çətin oyun gözləyir"
Vaqif Cavadov: “Şimali Makedoniya klubu ilə səfər matçı “Qarabağ” üçün çətin olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
