Qurban Qurbanov: "Buraxdıqları səhvlərə görə futbolçularıma irad bildirməyəcəm"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Şelburn"la matçda buraxılan səhvlərə görə futbolçulara irad bildirməyəcək.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis növbəti mərhələyə yüksəldikləri üçün sevincli olduqlarını bildirib:
"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Onlara səhvlərinə görə irad bildirə bilmərəm. Çünki bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi komandadır, məğlub olmağı sevmir. Qələbəyə görə şadıq. Heyətə yeni cəlb olunan futbolçular yavaş-yavaş komandaya uyğunlaşırlar".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Şelburn” matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq
Qurban Qurbanov: "3:0 hesabı ilə qalib gəlməyimiz rəqibdən çox üstün olduğumuz anlamına gəlmir"
Qurban Qurbanov: "Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik"
"Şelburn"un futbolçusu: "Qarabağ"a qalib gələcəyimizə inanırıq"
Qurban Qurbanov: "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacağıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













