"Şelburn"un futbolçusu: "Qarabağ"a qalib gələcəyimizə inanırıq"
"Şelburn" komandası "sabahkı matçda Qarabağ"a qalib gəlmək istəyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Şelburn"un (İrlandiya) futbolçusu Conatan Lunney UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.
O, Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdığını söyləyib:
"Qarabağ"ın gücünü bilirdik. Onlara qarşı qarşılaşmanın çətin keçəcəyini bilirdik. Futbolda hər şey ola bilər. Sabahkı qarşılaşmada qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq
Qurban Qurbanov: "Sabah daha az güc sərf edib, yaxşı oyun sərgiləyəcəyik"
“Qarabağ”ın rəqibi Bakıya bu gün çarter reysi ilə gələcək
Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" oyununa biletlər tükənib
Ceyhun Sultanov: “İrlandiya klubunun “Qarabağ”la oyunda geridönüş etmək üçün keyfiyyətli futbolçuları yoxdur”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













