Qurban Qurbanov: "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacağıq"
"Qarabağ" "Şelburn"a qarşı səhvsiz oynamağa çalışacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfər görüşündən sərfəli nəticə ilə dönmək istədiklərini söyləyib:
"Yaxşı komandaya qarşı çıxış edəcəyik. "Şelburn" barəsində ancaq xoş ifadələr işlətmək olar. Bu komandanın özünə uyğun oyun üslubu var. Rəqib artıq Çempionlar Liqasında iki görüş keçirib. Bu baxımdan, onlar artıq bəzi göstəricilərə görə bizdən üstündürlər. Hər bir halda rəqibi yaxından tanımağa çalışmışıq. Sabahkı qarşılaşmada səhvsiz oynamaq istəyirik. İnanıram ki, azarkeşlər üçün də maraqlı qarşılaşma olacaq. Stadionun azarkeş tutumu az olsa da, meydana toplaşan tərəfdarlar bunu hiss etdirmirlər. Onlar hər baxımdan qələbə üçün istəklidirlər".
O, İrlandiya təmsilçisinin oyununu stadiondan canlı olaraq izlədiyini, rəqibin təhlükəli yanlarını bildiyini vuğulayıb:
"Bir daha təkrar edirəm ki, rəqib çox istəklidir. Əks hücumlarda təhlükəli hücumlar yarada bilirlər. Oyun sistemlərini düzgün icra edirlər. Sandart vəziyyətlərdə də rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradırlar. Bu səbəbdən sabah maksimum az səhv etməyə çalışacağıq".
Qeyd edək ki, "Tolka Park"dakı "Şelburn" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


width="220" alt="Qurban Qurbanov "Qarabağ"ın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib" />
width="220" alt=""Qarabağ" məşqçisini rəqiblərin oyununu izləmək üçün İrlandiyaya göndərəcək" />
width="220" alt="Çempionlar Liqası: "Şelburn" - "Qarabağ" oyununa biletlər tükənib" />
width="220" alt="Qurban Qurbanov: "Budyo Qlimt"lə matçda çox diqqətli olmalıyıq"" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />