Qurban Qurbanov "Qarabağ"ın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib
sizinxeber.az xəbər saytı

Qurban Qurbanov "Qarabağ"ın potensial rəqiblərinin oyununu canlı izləmək üçün Belfasta gedib


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri - “Linfild” (Şimali İrlandiya) və “Şelburn” (İrlandiya) komandalarının oyununu izləmək üçün Şimali İrlandiyaya yollanıb.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, təcrübəli mütəxəssis bu gün Avstriyada təlim-məşq toplanışını başa vuran və Bakıya yola düşən kollektivdə yer almayıb.

Baş məşqçi ilə birgə video-analitik məşqçi Yanuş Vasilyev də qarşılaşmanı stadiondan canlı olaraq izləyəcək.

Qeyd edək ki, Belfastdakı "Windsor Park” stadionundakı matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasında ilk görüş "Şelburn"un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

Oxşar xəbərlər

"Qarabağ" məşqçisini rəqiblərin oyununu izləmək üçün İrlandiyaya göndərəcək
“Qarabağ”ın potensial rəqibləri bu gün Belfastda qarşılaşacaqlar
"Qarabağ" məşqçisini ÇL-dəki potensial rəqiblərin oyununu izləmək üçün İrlandiyaya göndərəcək
“Qarabağ”ın ÇL-dəki potensial rəqibləri Dublində qarşılaşıb
"Qarabağ" video-analitikini potensial rəqiblərin oyununa göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər