sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna millisinin qapıçısı satışa çıxarılıb
Portuqaliyanın "Benfika" klubu Ukrayna millisinin qapıçısı Anatoli Trubini satışa çıxarıb.
"Report" "Record" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 23 yaşlı qolkiperin ABŞ-də keçirilmiş klublararası dünya çempionatındakı uğurlu çıxışından sonra bu addımı atıb.
Klub onun satışından yaxşı qazanc əldə edəcəyini düşür. "Benkifa" Trubini "Şaxtyor"dan 10 milyon avroya alıb. Donetsk təmsilçisi qapıçının növbəti satışından 30-40 faiz gəlir əldə etməlidir.
Qeyd edək ki, Anatoli Trubin 2024/2025 mövsümündə Portuqaliya çempionatında 32 oyun keçirib və 28 qol buraxıb. Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.
Oxşar xəbərlər
25 yaşa qədər dünyanın ən bahalı 10 qapıçısının adı açıqlanıb - SİYAHI
"Çelsi" Ukrayna millisinin futbolçusunu transfer etməkdə maraqlıdır
Ukrayna millisinin sabiq qapıçısı: "İslandiya və Azərbaycan milliləri bizim üçün ideal rəqiblərdir"
A Seriyası klubu Portuqaliya millisinin qapıçısını transfer edib
Fransalı qapıçının "Çelsi"yə transferi bu yay alınmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








