"Araz-Naxçıvan" növbəti yoxlama matçını bu gün keçirəcək
Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" klubu növbəti yoxlama matçını bu gün keçirəcək.
"Sizinxeber.az" xəbər verir ki, komanda Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da start götürəcək. Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la yoxlama matçı keçirib və 14:0 hesabı ilə qələbə qazanıb. "Araz-Naxçıvan" iyulun 17-də “Trabzonspor”la qarşılaşacaq.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub edib
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Türkiyə klubu ilə oyunda bütün futbolçular istəkli idi"
"Araz-Naxçıvan"ın Türkiyədə yoldaşlıq matçı keçirəcəyi rəqiblər müəyyənləşib
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
"Araz-Naxçıvan" və "Səbail" yoxlama matçı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
İradə İmanbəyliyə vəzifə verildi












