"Araz-Naxçıvan"ın futbolçusu: "Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil"
UEFA Konfrans Liqasının II mərhələsində "Araz-Naxçıvan"a rəqib olan Yunanıstanın “Aris” klubu komanda üçün arzuolunan rəqib deyil.
"Report" xəbər verir ki, bunu Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Qara Qarayev klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
O, potensial rəqiblərin hər birinin güclü olduğunu vurğulayıb:
"Yunanıstan klubu bizim üçün arzuolunan rəqib deyil. Amma rəqibi seçmirik, püşk müəyyənləşdirir. “Aris” haqqında az da olsa məlumatımız var. Tam, hərtərəfli məlumatı bizə məşqçilər heyəti verəcək. Bunun üçün kifayət qədər vaxtımız var. İndi əsas diqqəti öz komandamıza, hazırlığımıza yönəltməliyik. Komandanın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməli, oyun sistemimizə qaytarmalıyıq".
Təcrübəli futbolçu yaxşı heyətə malik olduqlarını söyləyib:
UEFA Konfrans Liqasının oyunlarının məsuliyyətini başa düşürük, azarkeşlərin, futbol ictimaiyyətinin bizdən nə istədiyini anlayırıq. Yaxşı heyətimiz var. Mövsümlərarsı fasilədə də ötən il bizə uğur qazandıran heyətin özəyi qorundu, yeni transferlər də var və bu işlər davam edir. İntizamla və əzimkarlıqla istənilən rəqibə qarşı mübarizə aparmaq gücündəyik. Məşqçilərimiz rəqibi zamanla araşdıracaq, lazımi məlumatları verəcək”.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.
Oxşar xəbərlər
Azər Bağırov: “Zirə”nin Xorvatiya klubu ilə heç-heçəsi motivasiya üçün önəmli idi
Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq"
Kurban Berdıyev: "Araz-Naxçıvan"la oyundan çox şey asılı idi"
Rəşad Sadıqov: İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi
Yunanıstan klubu UEFA Gənclər Liqasının qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













