AFFA-nın təşkilatçılığı ilə Slovakiyada UEFA PRO kursunun 2-ci mərhələsi keçirilir
sizinxeber.az xəbər saytı

AFFA-nın təşkilatçılığı ilə Slovakiyada UEFA PRO kursunun 2-ci mərhələsi keçirilir


AFFA-nın təşkilatçılığı ilə Slovakiyada UEFA PRO kursunun 2-ci mərhələsi keçirilir.

"Sizinxeber.az" xəbər verir ki, tədbirin təşkilində məqsəd Slovakiyada baş tutan 21 yaşadək milli komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarından təhlil və müzakirələrin aparılmasıdır.

Təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və Ramin Quliyevin rəhbərliyi ilə keçirilən kursa 10 iştirakçı qatılıb. Bunlar Elnur Çodarov, Fərid Namazov, Elman Sultanov, Çudomir Çakarov, Rüstəm Məmmədov, Vaqif Cavadov, Rəşad Abdullayev, Aqil Nəbiyev, Aleksandr Qross və Zamir Həsənovdur.

Qeyd edək ki, Slovakiyanın Bratislava, Trnava, Nitra və Dunayska Streda şəhərlərində təşkil olunan Avropa çempionatı iyunun 28-dək davam edəcək.

Oxşar xəbərlər

AFFA-da UEFA-nın B kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilib
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir
Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu başlayıb
AFFA rəsmiləri UEFA-nın seminarına qatılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər