Azərbaycanın qadın güləşçiləri Türkiyədə toplanışa başlayıblar
sizinxeber.az xəbər saytı

Azərbaycanın qadın güləşçiləri Türkiyədə toplanışa başlayıblar


Qadın güləşi üzrə Azərbaycan milli ölkə xaricində təlim-məşq toplanışına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda iyunun 8-dən Türkiyənin Niğdə şəhərində yerli yığma ilə birgə hazırlıq prosesinə start verib.

İyunun 25-dək davam edəcək toplanışa Qazaxıstan və Qırğızıstan millilərinin də qoşulması gözlənilir.

Qarşıdakı beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Nərgiz Səmədova, Gültəkin Şirinova (hər ikisi 55 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova və Birgül Soltanova (hər ikisi 62 kq) yer alıb.

Qeyd edək ki, hazırlıq prosesi bitdikdən sonra Günay Qurbanova və Ruzanna Məmmədova U-20 Avropa çempionatında iştirak etmək üçün İtaliyanın Kaorle şəhərinə yollanacaq. Digər güləşçilər isə Türkiyənin Kocaeli şəhərində keçiriləcək Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turnirində iştirak edəcək.

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri Rusiyada toplanışa başlayıblar
Azərbaycanın sərbəst güləşçiləri Belarusda təlim-məşq toplanışındadır
Azərbaycanın qadın cüdoçuları Avstriyada beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
Azərbaycanın sərbəst güləşçilərdən ibarət yığması növbəti təlim-məşq toplanışına start verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər