Azərbaycan Deflimpiya Komitəsi beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub
Azərbaycan Deflimpiya Komitəsi (ADK) eşitmə məhdudiyyətli şəxslərin idman fəaliyyətini tənziməyən Beynəlxalq Karlar İdman Təşkilatının (International Committee of Deaf Sport - ICSD) üzvlüyünə qəbul olunub.
Bu barədə "Sizinxeber.az"a qurumdan məlumat verilib.
Bildirilib ki, sözügedən üzvlük ölkədə deflimpiya hərəkatının inkişafına, həmçinin eşitmə məhudiyyətli şəxslərin idmana inteqrasiyası, sosial aktivliyinin təmini istiqamətində böyük töhfə verəcək.
Komitənin ICSD-yə üzv olması ilə ölkəmizdə Deflimpiya hərəkatının növbəti mərhələyə qədəm qoyaraq, eşitmə məhdudiyyətli idmançıların beynəlxalq yarışlarda iştirakına şərait yaradacaq. Eyni zamanda gələcəkdə bu sahədə idmançılar, habelə peşəkar məşqçilərin artmasında, beynəlxalq təcrübə ilə ölkədə eşitmə məhdudiyyətli şəxslər arasında idman fəaliyyətinin genişlənməsinə dəstək olacaq.
2023-cü ilin oktyabrdan fəaliyyətə başlayan ADK eşitmə məhdudiyyəti olan şəxslər arasında bədən tərbiyəsi və idmanın inkişafı, bu vasitə ilə onların bərpasına və sağlam cəmiyyətimizə inteqrasiyasına nail olunması, həmçinin eşitmə qabiliyyətləri məhdud olan şəxslərin maraq göstərdikləri deflimpiya proqramına daxil edilmiş idman növlərinin ölkədə geniş inkişafı və bu idman növləri üzrə idmançıların hazırlanması istiqamətində fəaliyyət göstərir.
Cari ilin aprelində Azərbaycana ilk dəfə səfər edən ICSD və Avropa Karlar İdman Təşkilatının (EDSO) rəhbərliyi səfər müddətində komitənin fəaliyyəti ilə yaxından tanış olmuş, idmançı və məşqçilərlə yanaşı bir sıra dövlət qurumlarının rəhbərliyi ilə də görüşlər keçirərək Azərbaycanda Deflimpiya hərəkatının qanuni və rəsmi təmsilçisi olaraq tanınan komitənin gələcək planları ilə yaxından maraqlanıb.
Qeyd edək ki, Beynəlxalq Karlar İdman Komitəsinə üzv olan Azərbaycan Deflimpiya Komitəsi hazırda Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Olimpiya Komitəsi, Milli Paralimpiya Komitəsi ilə yanaşı bir çox idman federasiyası, eşitmə və nitq məhdudiyyətli şəxslərlə çalışan qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirir.
Oxşar xəbərlər
Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb
MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başlayıb
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
