Sizinxeber.az » İdman » Fərdi » MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib

MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında, beynəlxalq Karlar İdman Komitəsinin (IKF) və Avropa Karlar İdman Təşkilatının (ECIS) nümayəndə heyəti ilə görüş keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, mətbuat katibi Murad Fərzəliyev, Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa, komitənin prezident köməkçisi Kristina Horvat, Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis, təşkilatın idarə heyətinin üzvü Burcu Pişkin, Azərbaycan Deflimpiya Komitəsinin idarə heyətinin prezidenti Anar Bayramov və komitənin baş katibi Namiq Novruzov iştirak ediblər.

Görüşün əsas məqsədi Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətini gücləndirmək, karlar idmanını daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə Beynəlxalq Karlar İdman Komitəsinin və Avropa Karlar İdman Təşkilatının təcrübə və resurslarının Azərbaycanın Deflimpiya Hərəkatına dəstəyi müzakirə edilib.

Tədbir iştirakçılarını salamlayan MOK-un baş katibi Azər Əliyev əvvəlcə komitənin fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb. Əlillər idmanına xüsusi diqqət yetirildiyini qeyd edərək, Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının uğurlu çıxış etdiyini vurğulayıb. Baş katib Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın 19 medal qazandığını və bu nəticə ilə 10-cu yeri tutduğunu bildirib.

Azər Əliyev Deflimpiya Hərəkatının çətinliklərini vurğulayaraq, burada yalnız fiziki hazırlıq deyil, həm də zehni hazırlığın önəmli olduğunu qeyd edib. Azərbaycanın Deflimpiya Oyunlarında indiyədək iştirak etmədiyini qeyd edən baş katib, bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında ölkəmizin uğurla təmsil olunacağına inandığını bildirib.

Azər Əliyev 2023-cü ildə yaradılan Azərbaycan Deflimpiya Komitəsinin, yeni təşkilat olmasına baxmayaraq çox fəal fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycanın I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və digər multi-idman yarışlarına ev sahibliyi etdiyini, həmçinin, Deflimpiya Oyunlarının Azərbaycanda keçirilməsi təklifinin çox maraqlı olduğunu vurğulayıb. Azər Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin bu sahəyə dəstək verməyə hazır olduğunu bildirərək, bu işin Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə daha da irəliləyəcəyini qeyd edib.

Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosa Azərbaycanın karlar idmanına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirib. O, bu cür əməkdaşlıqla Azərbaycan Deflimpiya idmançılarının beynəlxalq arenada daha çox uğur əldə etməsi üçün mühüm imkanların yaradılacağına əmin olduğunu bildirib. Adam Kosa Azərbaycanın Deflimpiya hərəkatını dəstəkləmək və Avropa çempionatı və regional yarışların Azərbaycanda keçirilməsini təşviq etmək üçün dəstək olacağına ümid etdiyini vurğulayıb.

Avropa Karlar İdman Təşkilatının prezidenti İosif Stavrakakis Azərbaycanla əməkdaşlıq etməyin çox müsbət olduğunu və gələcəkdə daha geniş əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib. O, Azərbaycanın Deflimpiya Oyunlarına qonaq qismində iştirak edəcəyinə ümid etdiyini vurğulayıb. Bu il Tokioda keçiriləcək Deflimpiya Oyunlarında 21 idman növü üzrə 4 minə yaxın idmançının iştirak edəcəyini deyən İosif Stavrakakis həmçinin, 104 ölkənin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.

Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin prezidenti Anar Bayramov görüşdə Azərbaycan Deflimpiya Komitəsinin gələcək planları barədə ətraflı məlumat verib. O, Deflimpiya yarışlarının Azərbaycanda keçirilməsinin vacib bir addım olduğunu qeyd edərək, bu sahənin inkişafı üçün daha geniş imkanların yaradılacağını əminliyini bildirib.

Görüşün sonunda, tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcəkdə daha sıx əlaqələrin qurulması ilə bağlı razılaşmalar əldə ediblər. Bu cür görüşlərin Azərbaycanın beynəlxalq idman sahəsində mövqeyini gücləndirməklə ölkəmizin Deflimpiya Hərəkatının dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sonda MOK-un baş katibi Azər Əliyev Beynəlxalq Karlar İdman Komitəsinin prezidenti Adam Kosaya MOK-un xüsusi hədiyyəsini verib. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

ДРУГИЕ НОВОСТИ

Комментарии

САМОЕ ЧИТАЕМОЕ / КОММЕНТИРУЕМОЕ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  3. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  4. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  5. Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
  6. Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
  7. Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
  8. Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
  9. Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
  10. Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib