Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
Bakıda təşkil olunan cüdo üzrə "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF), həmçinin Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, yarışa qatılan ölklərin nümayəndələri, idmançılar və azarkeşlər iştirak edib.
Əvvəlcə yarışda iştirak edən bütün ölkələrin bayraqları nümayiş olunub.
Daha sonra Azərbaycan cüdoçularının beynəlxalq turnirlərdə uğurlu çıxışları haqqında videorolik təqdim edilib.
Ardınca Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev çıxış edib. O, ötən il Paris Olimpiadasında uğur qazanan cüdoçuların çıxışlarına diqqət çəkib. Bu yarışın Azərbaycan idmanına verəcəyi faydalardan danışıb və cüdoçulara uğurlar arzulayıb.
Ardınca Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib. O da "Böyük Dəbilqə"də iştirak edən idmançılara uğurlar arzulayıb. Azərbaycanda keçirilən yarışla bağlı müsbət fikirlər səsləndirib və turniri açıq elan edib.
Sonda həm Azərbaycanın, həm də Beynəlxalq Cüdo Federasiyasının himni çalınıb və ikinci günün final görüşlərinə start verilib.
Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur.
Oxşar xəbərlər
Bakıda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının tibbi seminarı başlayıb
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Rəşad Rəsullu: Özbəkistan Cüdo Federasiyası ilə daha konkret addımlar üçün danışıqlar aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
