Azərbaycan çempionu: "Hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı"
Azərbaycan çempionatında hər kəs ən yaxşı oyununu göstərməyə çalışdı.
"Sizinxeber.az" xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatının qalibi Günay Məmmədzadə deyib.
O, yarışın maraqlı keçdiyini vurğulayıb:
"Çempionat çox maraqlı keçdi. İlk dəfə idi belə formatda oynayırdıq. Uduzan çempionatı tərk edirdi. Hər bir şahmatçı ən yaxşı oyununu göstərməyə çalışdı. Mənim üçün də kifayət qədər maraqlı və çətin oldu. Hər oyun digərindən maraqlı idi. Xüsusən də tay-breklər. Şadam ki, çempionatı qələbə ilə başa vurdum".
Qrossmeyster öz gücünə inandığını vurğulayıb:
"Yarış asan deyildi, çünki illər boyu birlikdə yarışlarda çıxış etdiyiniz komanda yoldaşlarınıza qarşı oynayırsız. Bu oyundur, hər kəs əlindən gələni edir. Mən də özümə inanırdım"
Qeyd edək ki, qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib.
Oxşar xəbərlər
Şahmat üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib
Rauf Məmmədov: Şahmat üzrə ölkə çempionatı çox maraqlı olacaq
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi bu gün başlayır
Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları bu gün keçiriləcək
MOİK-in baş məşqçisi: "Gənclər" komandasının iki təcrübəli oyunçusu işimizi çətinləşdirdi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













