Sizinxeber.az » İdman » Fərdi » Qızıl medal qazanan Azərbaycan güləşçisi: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm" 

Qızıl medal qazanan Azərbaycan güləşçisi: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm" 

Sevinirəm ki, zəhmətin bəhrəsini gördüm.

“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

67 kq çəki dərəcəsində uğura imza atan pəhləvan fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib:

"Ardıcıl üçüncü dəfə Avropa çempionu olduğum üçün çox sevincliyəm. Məşqlərə dayanmadan davam edirdim. Şükürlər olsun ki, zəhmətimin bəhrəsini gördüm. Ardıcıl üçüncü dəfə çempion olmaq kənardan asan görünə bilər. Lakin bu işin görünməyən tərəfləri çoxdur" .

O, dünya çempionatında da qızıl medal qazanmaq istədiyini bildirib:

"Mundialın gümüş və bürünc medallarını qazanmışam. İstəyərəm ki, bütün yarışların medallarını qazanım. O cümlədən dünya çemionu olmaq istəyərəm".

Qeyd edək ki, Həsrət Cəfərov finalda Əbu Müslim Amayevi (Bolqarıstan) məğlub edərək qızıl medala sahib çıxıb. Ümumilikdə yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !