Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
"Report" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Avropa çempionatı: Azərbaycanın daha beş güləşçisi mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













