Qurban Qurbanov Slovakiyada Avropa çempionatının qalibi olub
Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.
“Sizinxeber.az”un məlumatına görə, 82 kq çəki dərəcəsində yarışan idmançı macarıstanlı rəqibi Erik Silvassini məğlub edib.
Görüşdə 6:0 hesabı ilə qalib gələn Q.Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçinin böyüklər arasında ilk Avropa çempionluğu olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub
Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













