Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb


Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Avropa çempionatının bürünc medalını qazanıb.

“Sizinxeber.az”un məlumatına görə, 72 kq çəki dərəcəsində yarışan idmançı bolqarıstanlı rəqibi Aleksandr Liavonçiki (UWW) məğlub edib - 2:1.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb. Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar
Azərbaycan güləşçisi Avropa çempionatının qalibi olub
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb
Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər