Azərbaycan güləşçisi Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
"Sizinxeber.az"un məlumatına görə, o, üçüncü yer uğrunda görüşdə Cenna Hemyae (Finlandiya) ilə üz-üzə gəlib.
Əzmkar qələbə qazanan J. Əliyeva bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olubsa, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qitə birinciliyi aprelin 13-də başa çatacaq.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayır, biri medal görüşünə çıxacaq
Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayır
Azərbaycan güləşçisi Avropa çempionu olub
Avropa çempionatı: Azərbaycan güləşçisi gümüş medala sahib çıxıb
Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala çıxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
