Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 4 medal qazanıblar


Azərbaycanın veteran güləşçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən dünya çempionatında 4 bürünc medal qazanıblar.

"Report" xəbər verir ki, A kateqoriyasında sərbəst güləş üzrə Cəlal Süleymanov (62 kq) və Elçin Həsənov (70 kq), yunan-Roma güləşi üzrə Elgiz Məmmədov (100 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

C kateqoriyasında isə sərbəst güləşdə Cəlal Abdulov (130 kq) üçüncü olub.

Mundialda III dərəcəli beynəlxalq hakim Kamran Baxışovla milli dərəcəli hakim Qədim Qurbanov ədaləti qoruyublar. Baxışov II, Qurbanov isə III kateqoriyaya yüksəlmək üçün imtahan verib.

Oxşar xəbərlər

Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb
Azərbaycanın sumo güləşçiləri dünya çempionatında üç medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
Azərbaycanın çimərlik güləşçiləri Yunanıstanda iki medal qazanıblar
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər