Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək
sizinxeber.az xəbər saytı

Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək


Sabah Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.

"Report" xəbər verir ki, yarışda paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 2011-2013-cü il təvəllüdlü yeniyetmə, 2008-2010-cu il təvəllüdlü gənc, eləcə də 2007-ci il və ondan yuxarı təvəllüdlü kişi və qadın taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar.

Çempionat və birincilikdə hər üç yaş qrupu üzrə ümumilikdə 78 klubdan 959 idmançı mübarizə aparacaq.

Yarışlara dekabrın 29-da yekun vurulacaq.

Oxşar xəbərlər

Taekvondo üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək
Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək
İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
Bakıda kişi və qadınlar arasında idman gimnastikası üzrə ölkə çempionatı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər