Beynəlxalq turnirdə ən yaxşı hakim seçilən azərbaycanlı: “Bu mükafat mənim üçün böyük fəxrdir”
Bu mükafat mənim üçün böyük fəxrdir.
Bunu “Report”a açıqlamasında Azərbaycanın taekvondo hakimi Aygül Abdullayeva “Bosnia Open” beynəlxalq turnirində ən yaxşı referi adına layiq görülməsi ilə bağlı danışarkən deyib.
O, il ərzində bir çox yarışlarda iştirak etdiyini, hətta apreldə keçirilən beynəlxalq turnirdə də ən yaxşı referi seçildiyini söyləyib:
“Bu il bir çox yarışlarda hakimlik etmişəm. Həmçinin apreldə Dünya Taekvondo Federasiyasının təşkil etdiyi “President Cup” beynəlxalq turnirində ən yaxşı hakim seçilmişdim. Mənim üçün böyük fəxrdir. Bu mükafatı təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan Taekvondo Federasiyasının hakimlərinin peşəkarlığının təsdiqi kimi dəyərləndirirəm".
Beynəlxalq dərəcəli referi turnirdə xeyli sayda təcrübəli hakimlərin iştirak etdiyini bildirib:
"Yarışda 40-dan çox hakim iştirak edirdi. Ən yaxşı hakimləri seçərkən əsasən döyüşləri ədalətli şəkildə aparmaq, çətin görüşləri səhvsiz başa vurmaq kimi meyarlara fikir verirlər. Əslində bu, aldığım ilk mükafat deyil. Daha öncə də bir sıra beynəlxalq turnirlərdə ən yaxşı hakim seçilmişəm. Bosniya və Herseqovinadakı beynəlxalq turnir Avropa və dünya taekvondo arenasında önəmli yerlərdən birini tutur. Çünki burada yüksək səviyyəli idmançılarla yanaşı, təcrübəli hakimlər iştirak edirdilər".
A.Abdullayeva bu mükafatın onun üçün əlavə motivasiya olduğunu da vurğulayıb:
"Belə bir turnirdə fəaliyyət göstərmək, yüksək səviyyəli idmançılar və təcrübəli həmkarlarla işləmək həm məsuliyyətli, həm də təcrübə idi. Əldə etdiyim uğur gələcək fəaliyyətim üçün əlavə motivasiyadır. Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etmək arzumu daha da gücləndirir. Son dövrlərdə Azərbaycan Taekvondo Federasiyası rəhbərliyi tərəfindən hakimlərimizə xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, hakimlərimiz beynəlxalq arenada tanınır və yüksək qiymətləndirilirlər”.
Qeyd edək ki, A.Abdullayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən “Bosnia Open” beynəlxalq turnirinin ən yaxşı referisi seçilib.


alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />