AGF güləş məşqçiləri üçün ümumrespublika seminarı keçirəcək
Azərbaycan Güləş Federasiyası (AGF) ölkədə güləşin inkişafını sürətləndirmək və bu sahədə keyfiyyəti artırmaq məqsədilə güləş məşqçiləri üçün ümumrespublika seminarı keçiriləcək.
"Report" xəbər verir ki, ötən il olduğu kimi, bu il də seminar ölkənin bütün bölgələrini əhatə edəcək.
Noyabrın 5-dən dekabrın 10-dək keçiriləcək seminar çərçivəsində milli komandalarımızda çalışan mütəxəssislər və hakimlər nəzəri və praktiki məşğələlərdə öz təcrübələrini məşqçilərlə bölüşəcək, məşqlərin keçirilməsi, güləş qaydalarının ətraflı izahı və s. mövzuda geniş məlumat verəcəklər.
Məqsəd ölkənin müxtəlif bölgələrinin idman məktəblərində, cəmiyyət və təşkilatlarda işləyən güləş məşqçilərinin bilik və bacarığını daha da təkmilləşdirməkdir.
Qeyd edək ki, ilk belə tədbir sabah Naxçıvan şəhərində keçiriləcək.
Oxşar xəbərlər
AGF güləşçilər üçün seminar keçirib
Güləş Federasiyasının rəsmiləri Qəbələyə səfər ediblər
Milli Gimnastika Arenasında Azərbaycan məşqçiləri üçün seminar təşkil olunub
Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











