Milli Olimpiya Komitəsinin vitse-prezidenti: "Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür"
Turnirin Füzulidə təşkil edilməsinin əhəmiyyəti böyükdür.
"Sizinxeber.az"un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Füzulidə "Mingəçevir reqatası-2024”ün açılış mərasimində deyib.
Turnir barədə danışan qurum rəsmisi dörd il əvvəl bu gün şəhərin işğaldan azad olunduğunu xatırladıb:
"Əcnəbi qonaqların turniri izləməsi də xüsusi önəmə malikdir. "Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatının qonaqları da reqatanı izləmək üçün bu gün Füzuli şəhərinə təşrif buyurublar. Son illərdə ölkəmizdə avarçəkmə idman növü yüksək səviyyədə inkişaf edir. Daha əvvəl Suqovuşanda "Prezident Kuboku" turniri təşkil edilmişdi. Bu cür yarışlar Azərbaycanda idmançıların yetişməsinə təkan verəcək".
Qeyd edək ki, "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Mingəçevir Reqatası-2024"ün proqramı açıqlanıb, yarış ilk dəfə Füzulidə də təşkil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün “Mingəçevir reqatası-2024”ə start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Füzulidə ilk dəfə beynəlxalq reqata keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan avarçəkəni: "Əminəm ki, yenə qızıl medallar qazana biləcəyəm" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mingəçevir reqatası-2024”: Azərbaycan avarçəkənləri ilk gündə 9 medal qazanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












