İstanbulda çempion olan Azərbaycan badmintonçusu: "Dünya üzrə top-40-da qərarlaşmaq istəyirəm"
Onun tapşırıqları ilə bacarığım üst-üstə düşsə, qarşıdakı 3 ildə dünyanın ən yaxşı badintonçularının yer aldığı top-40-da qərarlaşmaq istəyirəm.
Bunu "Report"a açıqlamasında Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanan Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra deyib.
O, qazanılan uğura görə sevincli olduğunu bildirib:
"Məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Yeni badminton mövsümünə Türkiyədə keçirilən turnirlə start verdim. Olimpiadadan sonra keçirdiyim ilk yarış idi. Mənim üçün əla başlanğıç oldu. Çalışdım ki, əlimdən gələnin ən yaxşısını edim. Sevinirəm ki, sonda uğurlu nəticə qazandım. Məşqçim mənə yeni proqram tərtib edib. Onun tapşırıqları ilə bacarığım üst-üstə düşsə, qarşıdakı 3 ildə dünya üzrə top-40-da qərarlaşmağı düşünürəm. Məşqlərimi davam etdirirəm və hədəfim 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb, Azərbaycanı layiqincə təmsil etməkdir".
Qeyd edək ki, K.F.Zəhra qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada danimarkalı Amalie Skulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11, 21:9.
Oxşar xəbərlər
Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb
Parisdə üçüncü olan Azərbaycan paralimpiyaçısı: Səhvlərə görə qızıl medalı əldən verdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
