Parisdə üçüncü olan Azərbaycan paralimpiyaçısı: Səhvlərə görə qızıl medalı əldən verdim
Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi. Amma müəyyən səhvlərə görə qızıl medalı əldən verdim.
"Sizinxeber.az"un məlumatına görə, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) deyib.
K44 kateqoriyasında mübarizə aparan idmançı 19 yaşında paralimpiadada mükafat əldə etməyin qürurverici olduğunu bildirib:
"Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, turnir sentyabrın 8-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal uğrunda görüşdə iştirak edəcək
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü sırada yer alıb
Paris-2024: Azərbaycan medal sıralamasında 25-ci pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 22-ci pillədə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
