Fərid Qayıbov: "Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar"
sizinxeber.az xəbər saytı

Fərid Qayıbov: "Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar"


"Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar".

"Report" xəbər verir ki, bunu Şuşada başa çatan şahmat üzrə Vüqar Həşimov Memorialının ardından jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.

O, bu cür turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıb:

"Ümumilikdə 10-cu dəfə təşkil olunan Memorialın yubileyi Şuşada keçirildi. Böyük turnirə görə Azərbaycan Şahmat Federasiyasına və mərhum şahmatçı Vüqar Həşimovun ailəsinə dərin təşəkkürümü bildirirəm. Bu, Şuşada keçirilən ikinci şahmat yarışı idi. 2 il əvvəl "Shusha Chess" turniri də Şuşada baş tutmuşdu. Bu cür turnirlərin tez-tez keçirilməsi müsbət haldır. Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar. Belə yarışlar Azərbaycan şahmatçılarının nəticələrinə müsbət təsir edir".

Qeyd edək ki, Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi 19 xal toplayan rusiyalı Yan Nepomnyaşi olub.

Oxşar xəbərlər

Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının sonuncu iştirakçısı məlum olub
Şuşada keçiriləcək şahmat turnirinin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı başlayıb
Polşalı şahmatçı Vüqar Həşimov Memorialında iştirak edə bilməyəcək
Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər