AAF rəsmisi: Yeni Zemfira Meftahətdinova və İradə Aşumovanın üzə çıxacağına inanıram
Yeni Zemfira Meftahətdinova və İradə Aşumovanın üzə çıxacağına inanıram.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının (AAF) vitse-prezidenti Zemfira Meftahətdinova stend və güllə atıcılığı üzrə keçirilən Azərbaycan birinciliyi haqqında fikirlərini bildirərkən deyib.
O, idmançıların nəticələrində müəyyən irəliləyişlər olduğunu söyləyib:
“Nəticələr pis deyil. Uşaqlar dünya çempionatına hazırlaşırlar. Güllə atıcılığı üzrə də bu yaxınlarda Azərbaycan çempionatı baş tutdu. Eyni idmançılar hər iki yarışda iştirak etdilər. Stend atıcıları müəyyən səbəblərdən dünya çempionatına qatılmayacaqlar. Hazırda bu növ üzrə nəticələr elə də yüksək deyil. Düzdür, uşaqlar məşq edirlər. Amma fasilə yarandığından nəticələr zəifləyib. İndi müəyyən qədər irəliləyiş var”.
AAF rəsmisi Azərbaycanda atıcılıq idmanının hazırkı durumundan danışıb:
“Ümumilikdə durum pis deyil. Uşaqlar həm stend, həm də güllə atıcılığında finallara çıxırlar. Bu il güllə atıcılığı üzrə Avropa çempionatında pnevmatik tapançadan atəşaçmada üçüncü yeri tutublar. Stend atıcılığı üzrə lisenziya xarakterli yarışlarda idmançılarımız yüksək yer tutmağa çox yaxın olublar. Dünya Kuboklarında finallara vəsiqə qazanıblar”.
Olimpiya çempionu güclü idmançıların üzə çıxacağına inandığını bildirib:
“Əlbəttə ki, yetişəcək. Uşaqlar məşq edir, nəticə göstərirlər. Yeni Zemfira Meftahətdinova və İradə Aşumovanın üzə çıxacağına inanıram”.
Oxşar xəbərlər
Azərbaycan millisinin baş məşqçisi: Bəzi idmançıların çıxışı istədiyimiz səviyyədə olmadı
Stend atıcılığı üzrə Azərbaycan Birinciliyinin qalibləri müəyyənləşib
Azərbaycanın olimpiya çempionu səs verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
