Azərbaycanın olimpiya çempionu səs verib
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
"Report" xəbər verir ki, sent atıcılığı üzrə olimpiya çempionu 17 saylı Yasamal III seçki dairəsinin 17 saylı seçki məntəqəsində səs verib.
"Əhəmiyyətli gündür. Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunandan sonra ilk parlament seçkiləri gerçəkləşir. Vətəndaşlarımız, soydaşlarımız artıq doğma yurdlarına qayıdırlar və orada seçkilərdə iştirak edirlər. Bu, Azərbaycanın gücünü göstərir. Bu gün seçilən şəxslərə böyük məsuliyyət düşür. Parlamentdə təmsil olunacaq deputatlara uğurlar arzulayıram", - deyə Z.Meftahətdinova vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Oxşar xəbərlər
Azərbaycan XİN rəhbəri seçici hüququndan istifadə edib
Dövlət Gömrük Komitəsinin sədri seçici hüququndan istifadə edib
Bu gün Azərbaycanda səsvermə günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
